Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb. Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

46 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürdü - Şəkidə

Şəkidə 46 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.


AzNews.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17 radələrində rayonun Cumakənd kəndində qeydə alınıb. Cumakənd kənd sakini, 1969-cu il təvəllüdlü Sadıq Mirzəli oğlu Məmmədovu yaşadığı ünvanda elektrik cərəyanı vurub. Nəticədə Sadıq Məmmədov yerindəcə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.