Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb. Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.

51 yaşlı kişi liftin qapıları arasında sıxılaraq öldü - Bakıda

Bakı sakini liftdə baş vermiş bədbəxt hadisə nəticəsində ölüb.


AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 1 nəfər texniki nasazlıq səbəbindən liftin qapıları arasında sıxılmış vəziyyətdə qalıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər liftin qapısını açıb və 1964-cü il təvəllüdlü Həşimov Bəylər Yasin oğlunun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.