Göygöldə 1 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib. Göygöldə 1 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

Göygöldə yol qəzası - Yaralanan var

Göygöldə 1 nəfərin yaralanması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.


AzNews.az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə Gəncə Şəmkir yolunun Göygöl rayonun Quşqara kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Opel" markalı avtomobillə "QAZ 24" markalı avtomobilin toqquşması nəticəsində "Opel" də olan sərnişin, Goranboy rayon Cinli Boruslu kənd sakini, 1990-cı il təvəllüdlü Nərgiz Hüseynova xəsarət alıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində araşdırma aparılır.