- Köhnə - Hadisə
- 8 Oktyabr 2015 23:28
- 2 072
Cərəyan 56 yaşlı kişinin həyatına son qoydu
Yevlaxda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
AzNews.az xəbər verir ki, Yevlax Rayon Prokurorluğundan "Report"a verilən xəbərə görə, Varvara kəndində 56 yaşlı yerli sakin Rafiq Vəliyev elektrik naqillərinə toxunub və nəticədə onu cərəyan vurub.
Hadisədən sonra kişi xəstəxanaya aparılsa da, o, yolda dünyasını dəyişib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.