Xose Bernardo rus qızıyla dodaq-dodağa yaxalandı - FOTO



Televiziyadan uzaq düşən tanınmış teleaparıcı Xose Bernardonun şok görüntüləri yayımlanıb. AzNews.az-ın məlumatına görə, teleaparıcının "facebook" sosial şəbəkəsindəki səhifəndi paylaşılan şəkil hamının böyük marağına səbəb olub. Belə ki, şəkil X.Bernardo Vika Polyakova adlı qızla açıq-aşkar dodaq-dodağa öpüşən zaman çəkilib.

Qeyd edək ki, bir neçə ay əvvəl X.Bernardo Azərbaycanı tərk etməsiylə bağlı mətbuata açıqlama verib. O, bildirib ki, BƏƏ-nin Dubay şəhərinə getməyə hazırlaşır:

"Televiziyayla, aparıcılıqla işimə son qoydum. Televiziyadan getməyimin səbəbi, bu yaxınlarda Dubayda yaşayan həmyerlimizin mənə iş təklifi etməsidir. Düşünürəm ki, bu gələcəyim üçün çox böyük perspektivlər vəd edir. Ona görə də, bizneslə məşğul olmaq üçün həmin şəxsin işlərini görəcəyəm".

Tamaşaçılar X.Bernardonu ANS televiziyasında və ANS ÇM radiosunda aparıcılıq fəaliyyətiylə məşğul olduğu zaman tanıyıblar.

Fuad Mədətov
AzNews.az
image description image description image description