Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir vəzifəli şəxsi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir vəzifəli şəxsi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Nazirliyin daha bir vəzifəli şəxsi həbs edildi - Yenilənib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) daha bir vəzifəli şəxsi Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.


Etibarlı mənbədən verilən məlumatda bildirilir ki, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, bundan öncə RYTN-nin başqa vəzifəli şəxsləri də işdən azad edilərək, barələrində cinayət işi başlanılıb. (Trend.az)

***

"Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Namazəli Məmmədov adında işçisi yoxdur".

Bunu AzNews.az-a açıqlamasında nazirliyin müşaviri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, nazirliyin daha bir işçisinin həbsiylə bağlı yayılan məlumatın heç bir əsası yoxdur.

Qeyd edək ki, "Trend" Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Namazəli Məmmədov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılması xəbərini yayıb. Məlumata görə, N.Məmmədov haqqında həbs-qətimkan tədbiri seçilib.