Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb. Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.

MTN əməliyyat keçirdi - 2 nəfər saxlanıldı

Azərbaycana qanunsuz olaraq narkotik vasitə daşınmasının qarşısı alınıb.


Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr İdarəsindən verilən məlumata görə, nazirlik tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə, yəni gömrük sərhədindən gömrük nəzarətindən kənar külli miqdarda narkotik vasitə olan - 4 kiloqram 821 qram heroinin qanunsuz daşınmasının qarşısı alınıb, Cəlilabad rayon sakinləri Yunusov Cəmil Şadyar oğlu və Seyfullayev İlham Sultanağa oğlu şübhəli şəxs qismində tutulublar.

Hazırda faktla bağlı araşdırmalar aparılır.

Trend.az