Bu gün günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib. Bu gün günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib.

Güclü külək ağacı maşının üstünə aşırdı, tıxac yarandı

Bu gün günorta saatlarında qəfildən başlayan və təxminən 20 dəqiqə davam edən güclü külək Qazaxda fəsadlar törədib.


AzNews.az Kəpəz TV-yə istinadən xəbər verir ki, küləyin gücündən iri gövdəli ağac avtomobilin və elektrik xətlərinin üzərinə aşıb, Qazax-Cəfərli avtomobil yolunda bir müddət hərəkəti məhdudlaşdırıb.

İbarət Dəlibaşova məxsus "Opel" markalı avtomobil yararsız hala düşüb. Xəsarət alan yoxdur. Aşan elektrik dirəkləri və iri ağac ərazidən texnikaların, canlı qüvvənin köməyi ilə götürüldükdən sonra kəndə avtomobillərin gediş-gəlişi bərpa edilib.

Rayonda elektrik verilişində yaranan bir neçə saatlıq fasilə aradan qaldırılıb.