- Köhnə - Hadisə
- 14 Noyabr 2015 16:21
- 3 271
İki avtomobil toqquşdu - Yaralı var
Şamaxı rayonunda qəza hadisəsi qeydə alınıb.
AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər.