- Köhnə - Hadisə
- 29 Oktyabr 2012 09:46
- 4 809
Həmyerlimizi öldürən polis mükafatlandırıldı – EKSKLÜZİV
Sankt-Peterburq rəsmisi - “Bu barədə iş aparılır. Yəqin ki, cinayət işi açılacaq”
AzNews.az-a daxil olan məlumata görə, "Kiş-Miş" restoranlar şəbəkəsinin rəhbəri Əfqan Rəsulovu öldürən polis əməkdaşı aidiyyəti orqan tərəfindən mükafatlandırılıb.
Məlumatı dəqiqləşdirmək üçün Sankt-Peterburq Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin mətbuat xidmətinin rəhbəri Aleksandr Mixailoviçlə əlaqə yaratdıq.
Mixailoviç AzNews.az-a açıqlamasında bildirdi ki, onun qətllə bağlı məlumatı olsa da, mükafatlandırma ilə bağlı hər hansı bilgisi yoxdur: "Mən iş adamının öldürülməsi ilə bağlı məlumatlıyam, ancaq onu öldürən polis əməkdaşının mükafatlandırılması ilə bağlı heç nə deyə bilmərəm. Çünki bu barədə bizdə məlumat yoxdur".
Azərbaycanlı iş adamlarına qarşı törədilən cinayətlərin açılmaması ilə bağlı sualımıza isə Aleksandr Mixailoviç belə cavab verdi: "Bu barədə iş aparılır. Yəqin ki, cinayət işi açılacaq". Meriya sözcüsü Əfqan Rəsulovun cəsədinin Moskva şəhərində keçirilən tibbi ekspertizanın nəticəsilə bağlı onda hansısa məlumatın olmadığını bildirdi.
Sadiq Musa
AzNews.az