“Aztelekom”un rəhbəri ilə bağlı yeni qərar – YAP-dakı vəzifəsindən qovuldu

«Aztelekom» İstehsalat Birliyinin bir neçə gün əvvəl həbs edilən baş direktoru Məhəmməd Məmmədov Yeni Azərbaycan Partiyasındakı vəzifəsindən azad edilib.


Partiyadan AzNews.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri olmuş Məhəmməd Məmmədov yoxlamaların və istintaqın başlaması ilə əlaqədar YAP strukturlarında tutduğu vəzifədən azad olunmaq barədə ərizə ilə müraciət edib. Hazırda o, Mərkəzi Nəzarət - Təftiş Komissiyasının sədri vəzifəsini daşımır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sistemində həyata keçirilən yoxlamalar nəticəsində nazirliyin "Aztelekom" İstehsalat Birliyinin baş direktoru Məhəmməd Məmmədovun barəsində həbs qətlimkan tədbiri seçilib.