- Köhnə - Hadisə
- 20 Noyabr 2015 13:46
- 4 044
Abşeronda yanğın - 2 nəfər xəsarət aldı
Abşeron rayonunun Saray qəsəbəsində yaşayan İslam Vəliyevin evində yanğın baş verib.
AzNews.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə zamanı 25 kvm. sahədə yanar konstruksiyalar yanıb, orada təmir işləri aparan rayon sakinləri Vüqar Quliyev və Ruslan Bəxtiyarov isə xəstəxanaya yerləşdiriliblər.