“Qeyri-adi” Elvin avtomobil qəzasına düşdü

Müğənni Elvin Abbasov avtomobil qəzasına düşüb. Bu barədə AzNews.az-a müğənninin meneceri Rəqsanə Məmmədova deyib. O, bildirib ki, Elvin Ağcabədi rayonundan toydan qayıdarkən hadisə baş verib.

"Xoşbəxtlikdən ölüm hadisəsi olmayıb. Elvin yüngül xəsarət alıb. Ayağı zədələnib. Hazırda vəziyyəti qənaətbəxşdir".

R.Məmmədova müğənninin idarə etdiyi avtomobilin dövlət nömrə nişanını açıqlamaqdan imtina etdi. Qeyd edək ki, E.Abbasova milli şou-biznesdə "Qeyri-adi" mahnısıyla tanınır.

Fuad Mədətov
AzNews.az