Lənkəranda yanğın hadisəsi baş verib. Lənkəranda yanğın hadisəsi baş verib.

Lənkəranda istirahət mərkəzində yanğın

Lənkəranda yanğın hadisəsi baş verib.


Məlumata görə, hadisə ötən gecə rayonun Rvo kəndində 70 yaşlı Sahib Nəsrullayevə məxsus istirahət mərkəzində qeydə alınıb.

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Onların səyi ilə yanğının əhatə dairəsinin genişlənərək yaxınlıqdakı hotel binasına keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, istirahət mərkəzinin ümumi sahəsi 80 kv.m olan mətbəxinin dam örtüyü yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

APA.az