Bakıda evə basqın - Pul və qızıl-zinət əşyaları apardılar

Bakıda maskalı şəxslər evə basqın edərək pul və qızıl-zinət əşyaları aparıblar.


AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib. İki maskalı şəxs qəsəbənin 1 May küçəsi ev 1-ə hasardan keçməklə evin açıq qapısından mənzilə daxil olublar.

Evdə yaşayan 1969-cu il təvəllüdlü Sona Arif qızı Məmmədbəyovaya bıçaqla hədə-qorxu gələrək, boyun nahiyəsindən xəsarət yetiriblər. Ev sahibini ölümlə hədələyən maskalı şəxslər evdən 700 manat, 200 ABŞ dolları və qızıl zinət əşyaları götürərək qaçıblar.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.