Əhali dünyanın sonuna görə vergilərini ödəmir Əhali dünyanın sonuna görə vergilərini ödəmir

Rusiyadan da QİYAMƏT açıqlaması gəldi

Əhali dünyanın sonuna görə vergilərini ödəmir

Rusiyanın Meteorologiya İdarəsi dekabrın 21-də dünyanın sonunun gələcəyinin iddia edildiyi Maya təqvimi ilə bağlı açıqlama yayıb.

İdarə rəisi Roman Vilfand mətbuatda dərc olunan açıqlamasında qiyamət əlamətlərinin olmadığını vurğulayıb. Onun sözlərinə görə, dekabrın 21-də ən böyük dəyişiklik gündüzün gecəyə nisbətən azalması olacaq: "Bu da hər il baş verir. Hər hansı fəlakət və ya qiyamət gözləmirik".

Ancaq mətbuat rəsmi açıqlamadan daha çox, açıqlamanın yayılmasının səbəbinə diqqəti çəkib. Son 3 ayda Rusiyada qiyamət gününün yaxınlaşdığını bildirən bəzi insanlar vergilərini ödəməkdən boyun qaçırır. Bu isə ölkədə problemlərin yaranmasına səbəb olur. Buna görə də Meteorologiya İdarəsinin qiyamətin gəlməyəcəyini bildirən bəyanatı vergi borclarının ödənməsinə yönəlib.

Elnarə Əlosmanqızı
AzNews.az