Bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci il üzrə görülən işlərə dair hesabat konfransı keçirilib. Bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci il üzrə görülən işlərə dair hesabat konfransı keçirilib.

Qiymət artımına görə 7 nəfər həbs olundu

Bu gün Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci il üzrə görülən işlərə dair hesabat konfransı keçirilib.


İdarə rəisi Kamran Əliyev çıxış edərək bildirib ki, cinayət tətbiqi və beynəlxalq qurunlarla əlaqələrin qurulması sayəsində 2015-ci il uğurlu olub: "Ötən ildə 460 cinayət işinin ibtidai istintaqı aparılıb, bunlardan 145-i Baş İdarəsi rəisi tərəfindən başladılıb, 90 cinayət işi digər işlərdən ayrılıb, 62 cinayət işinin icraatı təzələnib, 116 cinayət işi isə 2014-cü ildən qalıq qalıb".

Hesabat ilində daxil olan müraciətlərə baxılması nəticəsində 169 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib. Onlardan Səhiyyə Nazirliyi üzrə 42, Əmək və Əhalinin Sosial

Müdafiəsi Nazirliyi üzrə 28, Təhsil Nazirliyi üzrə 13, Daxili Işlər Nazirliyi üzrə 48, Müdafiə Nazirliyi üzrə 1, Fövqəladə Hallar Nazirliyi üzrə 1, Gömrük Komitəzi üzrə 1 və digər dövlət qurumları üzrə 35 fakt olub.

İqtisadiyyat və Sənaye nazirliyi ilə birgə un, çörək, yumurta və s. Kimi istehlak məhsullarının habelə dərman vasitələrinin qiymətlərini süni şəkildə artırılması, mal qıtlığının yaradılaması və digər sui-istifadə hallarının qarşısının alınması məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində 6 cinayət işi başladılıb, 7 nəfər təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Qafqazinfo.az