Yük maşınları toqquşdu - Yaralananlar var

Göygöldə iki nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.


AzNews.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən ans press-ə verilən məlumata görə, paytaxt sakini, 1977-ci il təvəllüdlü Anar İbrahimov "Mercedes" markalı yük maşını ilə hərəkətdə olarkən qarşıda gedən Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Nadir Mustafayevin idarə etdiyi "Kamaz" markalı yük avtomobilinə arxadan çırpılıb.

Qəza nəticəsində "Mercedes"in sürücüsü Anar İbrahimov və yük maşınında olan sərnişin 1981-ci il təvəllüdlü Emin Yavər oğlu Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan avtomobildə olan sərnişin 35 yaşlı Emin Məmmədovun renimasiya şöbəsinə yerləşdirildiyini, vəziyyətinin ağır olduğunu, sürücü A. ibrahimovun isə vəziyyətinin orta-ağır olduğunu bildirdilər.

Qəza zamanı "Kamaz" markalı yük avtomobinin içi mişar daşı ilə dolu olduğu üçün, daşlar yola dağılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araçşdırma aparılır.