Gəncədə yol qəzası baş verib. Gəncədə yol qəzası baş verib.

Gəncədə yol qəzası - Yaralanan var

Gəncədə yol qəzası baş verib.


AzNews.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncədə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə, hadisə təxminən saat 19:25-də Heydər Əliyev prospektində qeydə alınıb. Hələlik markaları məlum olmayan iki avtomobilin toqquşması nəticəsində sərnişin, Gəncə sakini 28 yaşlı Rəşad Yusifov baş nahiyəsindən xəsarət alıb.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.