Qarlı-şaxtalı hava ölümə səbəb olub. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb. Qarlı-şaxtalı hava ölümə səbəb olub. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.

Şaxtalı hava ölümə səbəb oldu - Bakıda

Qarlı-şaxtalı hava ölümə səbəb olub. Hadisə Bakının Nərimanov rayonunda qeydə alınıb.


AzNews.az xəbər verir ki, şəhər sakinlərinin ans press-ə verdiyi məlumata görə, şəxsiyyəti istintaqla hələlik müəyyən edilməyən 50-55 yaşlı Ziya Bünyadov prospektində yerüstü keçiddən keçmək istəyərkən yıxılıb. Qapalı kəllə-beyin travması alan kişi yerindəcə dünyasını dəyişib.

Nərimanov Rayon Prokurorluğundan faktı təsdiqləyərək bildirdilər ki, polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib. Ancaq ölən şəxsin üzərindən şəxsiyyətini təsdiq edən heç bir sənəd çıxmadığı üçün hələlik mərhümün şəxsiyyətini təsdiq etmək mümkün olmayıb.

Meyit tibbi müayinə üçün əraziyə cəlb edilən təcili tibbi yardım avtomobili ilə məhkəmə tibbi ekspertizasının Nərimanov rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Bildirilir ki, çovğun olacaq, bəzi yollar buz bağlayacaq.

Bu gün isə ölkə ərazisində aramsız yağan qar təkcə Bakıda 2 nəfərin ciddi travma almasına səbəb olub.