- Köhnə - İdman
- 12 Fevral 2016 20:39
- 1 968
FİFA-nın sabiq baş katibinə ağır cəza - Futboldan uzaqlaşdırıldı
![](https://www.aznews.az/storage/photos/erere6.jpg)
FİFA-nın keçmiş baş katibi Jerom Valke ağır cəzalandırılıb.
AzNews.az-ın Apasport.az-a istinadən məlumatına görə, FİFA-nın etika üzrə arbitraj palatası Valkeni 12 illik cəzalandırıb.
O, bu müddətdə milli və beynəlxalq səviyyədə futbol sahəsində çalışa bilməyəcək. Keçmiş baş katib 90 min avro cərimə də ödəməli olacaq.
Qeyd edək ki, fransız futbol funksioneri ötən ilin sentyabrında vəzifəsindən uzaqlaşdırılmışdı.
O, 2014-cü ildə keçirilən dünya çempionatının bilet satışında maxinasiyaya yol verməkdə ittiham olunurdu.