Bu ilin iyununda Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula-1 Avropa Qran-prisi üçün biletlərin qiymətləri artırılıb. Bu ilin iyununda Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula-1 Avropa Qran-prisi üçün biletlərin qiymətləri artırılıb.

“Formula 1” yarışlarına biletlər bahalaşıb? - Açıqlama (Yenilənib)

Bu ilin iyununda Bakı Şəhər Halqasında gerçəkləşəcək Formula-1 Avropa Qran-prisi üçün biletlərin qiymətləri artırılıb.


Bu barədə oyunların rəsmi saytında dəyişiklik edilib.

Bir müddət əvvəl "Abşeron" tribunasına (3 gün) olan biletlərin qiyməti 472 dollar, "İçərişəhər" tribunasına 294 dollar, "Muğam" 245 dollar, Qız Qalası 188 dollar, "Bulvar" 120 dollar , "Ayaqüstü" zona isə 19 dollar göstərilmişdi.

Amma hazırda "Abşeron" tribunasına (3 gün) olan biletlərin qiyməti 118 ABŞ dolları, yaxud 25% bahalaşaraq 590 dollar olub.

"İçərişəhər" tribunasına olan biletin qiyməti 126 dollar, yaxud 42,86% artaraq 420 dollar olub.

"Muğam" tribunasının qiyməti 105 dollar, yaxud 42,86% yüksəldilərək 350 dollara çatıb.

Qız Qalası tribunası üçün olan biletin dəyəri 102 dollar və ya 54,26% bahalaşaraq 290 dollara bərabər olub.

"Bulvar" tribunası üçün olan biletlərin qiyməti 80 dollar, yaxud 66,67% bahalaşaraq 200 dollara çatıb.

Yarışlar vaxtı ən ucuz zona olan "Ayaqüstü" zonanın qiyməti isə 19 dollardan 89 dollara bahalaşdırılıb. Bu isə 70 dollar yaxud 3,7 dəfə bahalaşma deməkdir.

Qeyd edək ki, Bakı Şəhər Halqası bir müddət əvvəl, cari bilet qiymətlərində dəyişiklik etmək hüququna malik olduğunu açıqlayıb. Bütün biletlərin qiyməti gündəlik məzənnəyə uyğun qiymətlərə dəyişə bilər.

Report.az

***
17:33


BŞH-dən AzNews.az-a verilən məlumata görə, Bakıda ilk dəfə keçiriləcək 2016 Formula 1 Avropa Qran Prisinə biletlərin qiymətlərində bahalaşmanın olduğuna dair məlumatlar həqiqəti əks etdirməyən məlumat yayılıb.

Məlumata görə, yarışla bağlı biletlərin qiyməti dollar əsasında təyin olunub və indiyədək həmin qiymətlərdə hər hansı bir dəyişiklik olmayıb.