Futbol ulduzu özündən 18 yaş kiçik qıza aşiq olub Futbol ulduzu özündən 18 yaş kiçik qıza aşiq olub

Andrey Şevçenko - bir əldə 2 qadın?

Futbol ulduzu özündən 18 yaş kiçik qıza aşiq olub



Ukraynalı futbol ulduzu Andrey Şevçenko yeni eşqə düşüb. Maraqlısı odur ki, təcrübəli hücumçu özündən 18 yaş kiçik qıza aşiq olub. Titullu idmançının bolqar model Nadya Qospodinova ilə məhəbbət macərası yaşaması xəbərini "Blits" nəşri yazıb.

Naməlum mənbənin balkanlı həmkarımıza verdiyi məlumata görə, ukraynalı futbolçu adı çəkilən xanımla Avro-2012 dövründə tanış olub. Qospodinova həmin dövrdə Ukraynaya qohumlarının yanına gəlibmiş. Kiyevdə təsadüfən onunla görüşən "Dinamo"nun və "Milan"ın keçmiş forvardı Nadyadan telefon nömrəsini istəyib.

Gözəlcə də Andreyə "yox" deməyib. Şevçenko ilə Qospodinovanın artıq bir neçə aydır ki, ünsiyyət saxladıqları iddia edilir.
Şevçenko hazırda amerikalı model Kristian Paziklə evlidir. Onlar 8 il öncə evləniblər və 3 oğul övladları var.

Kamran Hacı
AzNews.az