- Köhnə - İdman
- 20 Noyabr 2012 07:17
- 1 968
Əfran İsmayılovun «Qəbələ»yə keçidi niyə baş tutmayıb?
![](https://www.aznews.az/storage/photos/efran ismayilov idman.jpg)
Amma onun keçidində başqa bir yerli komanda da maraqlı olub. AzNews.az-;n ‘ld’ etdiyi məlumata görə, "Qəbələ" də 24 yaşlı futbolçuya maraq göstərib. Amma menecerlərin həddən artıq dəllallıq etməsi, bu keçidin baş tutmasını əngəlləyib. Xəbərə görə, Əfran "qara-qırmızılar"a 700-800 min dollara təklif olunub. Şişirdilmiş qiymətlə razılaşmayan "Qəbələ" rəhbərliyi istəyindən vaz keçib. Bunu eşidən futbolumuzun başbilənləri ona "Qarabağ"a geri dönməyi tövsiyə ediblər. İsmayılov sözsüz ki, vəziyyətlə barışıb.
Klublarımızın transfer bazarına hələ də normal daxil ola və bu sahədə sistemli iş görə bilməməsi ən zəif cəhətlərindəndir. Bunun başlıca səbəbi, komandaların yalnız inkişaf etməmiş daxili menecerlik sisteminə güvənməsidir. Burada isə futbol dəllaları, əsasən, klubların təsir gücünə malik təmsilçiləri ilə birgə, yalnız xırda məqsədlərdən çıxış edirlər. Nəticədə, futbolçunun digər komandaya keçməsi ilə bağlı məqsədli xəbər yayılır, bazarda qiymətlər oynamağa başlayır. Amma ortada real bir iş olmur. Sonda futbolçu əski komandasında qalır və daha sərfəli şərtlər əsasında müqaviləyə qol çəkir.
Kamran Hacı
AzNews.az