- Köhnə - İdman
- 5 İyun 2016 12:36
- 4 065
Məhəmməd Əlinin ölüm səbəbi bilindi
İyunun 3-də 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu Məhəmməd Əlinin ölüm səbəbi açıqlanıb.
Reuters agentliyi xəbər verir ki, Məhəmməd Əli naməlum təbii səbəbdən baş vermiş septik şokdan vəfat edib.
Əfsanəvi boksçu iyunun 3-də Arizona ştatında xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından həyatını itirib. Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi.
ABŞ-ın Kentukki ştatının Louisvill şəhərində 1942-ci il yanvarın 17-də dünyaya gələn Məhəmməd Əli İslam dinini qəbul etməmidən əvvəl Kassius Marselius Kley adını daşıyırdı.
O, 6 uşaqlı orta təbəqəli afroamerikalı ailədə dünyaya gəlib. Onun boksla tanışlığı oğurluq hadisəsindən sonra başlayıb. Məhəmməd Əli 12 yaşında olarkən velosipedi oğurlanır və o, polisə müraciət edir.
Polis bölməsində əsəblərini cilovlaya bilməyən Məhəmməd Əliyə boksla məşğul olması tövsiyyə edilir.
Sonrakı 4 il boyunca boks məşqçisi Çak Bodak tərəfindən hazırlaşdırılan Məhəmməd Əli bu müddət ərzində bir çox yarışlarda "Qızıl əlcək" mükafatına layiq görüldü. O, həvəskar boksçu olaraq rinqə çıxdığı 100 döyüşdən 95-də qələbə qazandı.
Anspress.com