- Köhnə - İdman
- 20 İyun 2016 16:45
- 5 217
“Rəqibə yuxarıdan aşağı baxmaq düzgün deyil”
Xəbər verdiyimi kimi, Çempionlar Liqasında I və II təsnifat mərhələsinin püşkü atılıb.
Püşkatma ilə Azərbaycan çempionu "Qarabağ"ın rəqibi müəyyənləşib. Ardıcıl üçüncü dəfə ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" II təsnifat mərhələsində Lüksemburq çempionu "Düdelanj"la qarşılaşacaq. Ağdam təmsilçisi ilk görüşünü evdə, cavab matçını isə səfərdə keçirəcək.
"Qarabağ" klubunun icraçı direktoru Əmrah Çəlikəl AzNews.az-a rəqiblərindən danışıb: "Hələ ki, mənim bu barədə nəsə deməyim düzgün deyil. Texniki heyət lazımi araşdırma aparandan sonra, liqada iştirak edəcək heyətin tərkibi müəyyən ediləcək. Əlbəttə, əgər biz ötən ildən də yaxşı nəticə almaq istəyiriksə, bu rəqibi keçməliyik. Amma heç bir rəqibə yuxarıdan aşağı baxmaq düzgün deyil".
Aygün İlqarqızı