Avropa çempionatında ilk finalçı bəll olub. Avropa çempionatında ilk finalçı bəll olub.

“Avro-2016”: İlk finalçı Portuqaliya

Avropa çempionatında ilk finalçı bəll olub.


Ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri qarşılaşıblar.

Turnirin ən böyük sürprizlərindən biri olan Uels millisinin bura qədər gəlib çıxması futbol ictimaiyyəti tərəfindən gözlənilən deyildi. Britaniyalılar üçün yolun sonu da bu oyun olub.

Qarşılaşmanın ilk hissəsində hesab açılmayıb. İkinci yarının əvvəlində Ronaldo başla baxımlı qola imza atıb. Bundan 3 dəqiqə sonra onun ötürməsini Nani tamamlayıb.

Matçın sonuna qədər başqa qol olmayıb və Portuqaliya AÇ-2016-nın ilk finalçısı olub.

Avropa çempionatı
Yarımfinal
6 iyun, 2016

Portuqaliya - Uels - 2:0
Qol: Ronaldo, 50, Nani, 53

Baş hakim: Yonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenyus, Daniel Varnmark
Əlavə köməkçi hakimlər: Stefan Yohannesson, Markus Stromberqsson (hamısı İsveç)
Dördüncü hakim: Şimon Marçinyak (Polşa)
Ehtiyat yan xətt hakimi: Pavel Sokolniçki (Polşa)
Hakim-inspektor: Mark Batta (Fransa)
UEFA nümayəndəsi: Martin Sturkenbum (Hollandiya)
Lion. Şəhər stadionu

Portuqaliya: 1. Rui Patrisio, 2. Bruno Alves, 4. Joze Fonte, 5. Rafael Gerrero, 7. Kristiano Ronaldo, 10. Joa Mario, 13. Danilo, 16. Renato Sançes, 17. Nani, 21. Sedrik, 23. Adrien Silva

Ehtiyat oyunçular: 12. Antoni Lopes, 22. Eduardo, 3. Pepe, 6. Rikardo Karvalyo, 8. Joa Moutinyo, 9. Eder, 11. Vierinya, 14. Villiam Karvalyo, 15. Andre Qomes, 18. Rafa Silva, 19. Eliseu, 20. Rikardo Quaresma

Uels: 1. Ueyn Hennessi (q), 2. Krin Qanter, 3. Neyl Teylor, 5. Ceyms Çester, 6. Eşli Uilyams (k), 7. Co Allen, 8. Endi Kinq, 9. Hal Robson-Kanu, 11. Qaret Beyl, 16. Co Ledli, 19. Ceyms Kollins

Ehtiyat oyunçular: 12. Oveyn Fon Uilyams (q), 21. Denni Uard (q), 4. Ben Deyvis, 10. Aron Remsi, 13. Corc Uilyams, 14. Devid Eduards, 15. Cazz Riçards, 17. Devid Kotterill, 18. Sem Vouks, 20. Conatan Uilyams, 22. Devid Vuqan, 23. Saymon Çerç

APAsport.az