Matteus 5-ci arvadından da ayrıldı - QALMAQAL

Almaniya futbolunun canlı əfsanəsi Lotar Matteus idmanda qazandığı uğurları şəxsi həyatında gerçəkləşdirə bilmir. AzNews.az xəbər verir ki, indiyəcən 5 dəfə ailə quran sabiq "10 nömrə", hələ də arvad sarıdan xoşbəxtlik tapmayıb.

Ötən il polşalı model Yoana Tuşinska ilə sevgi yaşayan 51 yaşlı mütəxəssis, 18 aydan sonra ondan ayrılıb. Bu barədə gözəlçənin özü məlumat verib. O, Matteussus günlərinin asan keçmədiyini deyib.

Qeyd edək ki, almaniyalı xocanın əski həyat yoldaşları həmyerlisi Silviya, isveçli televiziya aparıcısı Lolita Morena, serbiyalı Mariyana Kostiç və ukraynalı model Kristina Liliana Çudinova olublar. Lotarın ən qısa evliliyi məhz Yoaha Tuşinska ilə davam edib.

Kamran Hacı
AzNews.az
image description image description image description image description