- Köhnə - İdman
- 15 Avqust 2016 08:55
- 10 360
Bayramov “bürünc”ü də əldən verdi - Yenilənib
“Rio-2016“ Olimpiya Oyunlarında doqquzuncu günündə - avqustun 14-də Azərbaycan güləşçisi Rövşən Bayramov mübarizəyə qoşulub.
Turnirdə 59 kiloqram çəki dərəcəsində döşək üzərinə çıxan yunan-Roma güləşçimiz, Olimpiya Oyunlarının ikiqat gümüş mükafatçısı və dünya çempionu, Avropa çempionatının iki qat qızıl medalçısı R.n Bayramov 1/8 finaldakı rəqibi Venesuela güləşçisi Rayber Xose Rodrigez Orozko ilə görüşüb.
R.Bayramov rəqibini məğlub edərək 1/4 final mərhələsinə adlayıb.
***
Güləşçimiz Rövşən Bayramov ikinci görüşündən də qələbə ilə ayrılıb.
Rövşən Bayramov 1/4 final mərhələsində ABŞ təmsilçisi Xese David Telke üzərində 9:0 hesabı ilə qələbə qazanaraq yarımfinala yüksəlib.
APA.az
19:38
***
Finala çıxmaq üçün pəhləvanımız yapon güləşçi Ota Şinobunu məğlub etməli idi. Ancaq əsas medal ümidlərimizdən olan Rövşən görüşü məğlub başa vurub - 2:4. Yapon idmançı onun kürəyini yerə vurmağı bacarıb.
İdmançımız bürünc medal uğrunda güləşib. Onun rəqibi norveçli Stig-Andre Berge olub. Bu rəqibinə də uduzan Rövşən Olimpiadanı medalsız başa vurub. Görüşdə hesab 1:1 olsa da, sonuncu xalı alan norveçli bürünc medal qazanıb.
Apasport.az