- Köhnə - İdman
- 21 Avqust 2016 23:43
- 2 791
Qarabağ” “Neftçi”yə qalib gəldi
Topaz Premyer Liqasında üçüncü turun oyunları keçirilib.
Əzəli rəqiblər – "Qarabağ" ilə "Neftçi" üz-üzə gəlib.
Görüş Ağdam təmsilçisinin "Neftçi" üzərində 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Qarabağ"ın heyətində Mahir Mədətov və El Jedauyi fərqlənib. Daha bir qolu isə "Neftçi" klubunun futbolçusu Jairo öz qapısından keçirib.
"Neftçi"nin baş məşqçisi Vəli Qasımov məğlubiyyətə görə azarkeşlərdən üzr istəyərək futbolçuların cəzalandırılacağını bildirib.
AzVision.az