Futbolçular 3 aydır əmək haqqı ala bilmirlər Futbolçular 3 aydır əmək haqqı ala bilmirlər

«Kəpəz»də futbolçuların maaş QALMAQALI

Futbolçular 3 aydır əmək haqqı ala bilmirlər

"Kəpəz" klubunda futbolçular 3 aydır əmək haqlarını almırlar. Bu barədə AzNews.az-a məlumatlı mənbədən bildirilib. Məlumata görə, Gəncə təmsilçisinin son zamanlar zəif çıxış etməsi bununla əlaqədardır. Komanda üzvlərində ruh düşkünlüyü var.

"Kəpəz"in prezidenti isə deyib ki, oyunçulara maaşlar bu ilin sonuna qədər ödənəcək.

Digər Gəncə təmsilçisi, birinci divizionda çıxış edən "Tərəqqi"də isə, əmək haqları 4 aydır verilmir.

Kamran Hacı
AzNews.az