- Köhnə - İdman
- 7 Dekabr 2012 00:56
- 5 516
"Neftçi" Milanda yeni tarix yazdı - 2: 2 - YENİLƏNİB

"İnter" üçün formal xarkter daşıyan görüşdə "ağ-qaralar" qalib gələcəyi halda Avroliqayla 3-cü pillədə vidalaşacaq. Ancaq Milan təmsilçisinin buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir.
"Neftçi" qrup mərhələsi çərçivəsindəki ilk və tarixi oyununda Serbiya "Partizan"ı ilə görüşdü. "Ağ-qaralar" səfərdə oynasa da, qənaətbəxş nəticə qazanmağı bacardı - 0:0. Lakin paytaxt klubu bu uğurun davamını sonrakı görüşlərdə gətirə bilmədi.
Qrup mərhələsi çərçivəsindəki Bakıdakı ilk matçını məhz Milan "İnter"inə qarşı keçirən "Neftçi" həmin görüşdə 3:1 hesabıyla uduzdu. Ardından Rusiya "Rubin"i ilə həm ev, həm də səfər oyunlarında minimal hesablı məğlubiyyət qeydə alındı.
Təəssüf ki, Bakıda "Partizan" üzərində qələbə arzularımız da reallaşmadı - 1:1.
Avropa Liqası VI tur
H qrupu
6 dekabr
"İnter" (İtaliya) - "Neftçi" -2:2 (oyun bitdi)
Qol: Marko Livaya, 9
Baş hakim: Emir Aleçkoviç.
Baş hakimin köməkçiləri: Dalibor Draskovic, Hrvoje Turudiç
Dördüncü hakim: Senad Ibrisimbegoviç
Baş hakimin əlavə köməkçiləri: Elmir Pilav, Ognjen Valjiç (hamısı Bosniya və Herseqovina).
UEFA nümayəndəsi: Jozef Kliment (Slovakiya).
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan).
"İnter": Vied Belets, Valter Samuel, Alvaro Pereyra, Conatan, Esteban Kambiyasso, Marko Benasi, Simone Paza, Andrea Romano, Luka Qarritano, Koutinyo, Marko Livaya.
Ehtiyat oyunçular: Luka Kastellatsi, Andrea Bandini, İsaak Donkor, Yuto Naqatomo, Nikkolo Belloni, Covanni Terrani, Antonio Kassano.
"Neftçi": Saşa Stamenkoviç, Tərlan Quliyev, İqor Mitreski, Brunu Bertuççi, Mahir Şükürov, Rəşad Sadiqov, Flavinyo, Julius Vobay, Erik Ramos, Cavid İmamverdiyev, Nikolas Kanales.
Ehtiyat oyunçular: Emil Balayev, Elvin Yunuszadə, Araz Abdullayev, Mirhüseyn Seyidov, Bahadır Nəsimov, Kamil Nurəhmədov, Emin Mehdiyev.
AzNews.az