Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər. Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər.

Çin klubundan ulduz futbolçuya fantastik təklif - 150 milyon avro

Dortmund “Borussiya”sının hücumçusu Pyerr-Emerik Obameyanq dünyanın ən yüksək ödənişli futbolçusu ola bilər.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, Çinin “Şanxay SİPQ” klubu qabonlu hücumçu üçün “Borussiya”ya təklif göndərib.

Obameyanq Çində oynamağa razı olsa, həftəyə 800 min avro qazanacaq ki, bu da ildə 41 milyon avrodan bir qədər çox edir. Çin klubu bu transfer üçün "Borussiya"ya 150 milyon avro təklif edib.

Qeyd edək ki, hələlik dünyanın ən yüksək ödənilşi futbolçusu dekabrda “Boka Xuniors”dan “Şanxay Şenxua”ya transfer olunan Karlos Tevesdir. Argentinalı hücumçu həftəyə 720 min avro qazanır.