“Neftçi” növbəti transferi gerçəkləşdirib. “Neftçi” növbəti transferi gerçəkləşdirib.

“Neftçi”dən növbəti transfer - Yeni 6 nömrə

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.

Dreksa “Neftçi”də 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı "Neftçi" Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya) və İqnasio Herreranı ("İrtış" Qazaxıstan) da heyətinə qatıb.