- Köhnə - İdman
- 1 May 2017 23:07
- 5 146
Millimizin üzvü rekordun bir addımlığında
Millimizin və "Ertsqebirge"nin üzvü Dmitri Nazarov Almaniya klubunda yeni rekorda yaxınlaşıb.
AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu mövsüm 2-ci Bundesliqada 9 qol vuran 27 yaşlı yarımmüdafiəçi 7 dəfə penaltidən fərqlənib.
Nazarov bu göstərici ilə "Ertsqebirge"nin əfsanəvi futbolçusu Erler Holqerin rekordunu təkrarlayıb. Holqer 1980/81-ci il mövsümündə 7 dəqiq penalti ilə klubun tarixinə düşüb.
II Bundesliqada mövsümün sonuna 3 oyun qalıb. Deməli, millimizin yarımmüdafiəçisinin Aue təmsilçisinin tarixinə düşmək şansı çoxdur.