Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qurbanov Pelleqrini və Benitesi qabaqladı

Dünyanın ən yaxşı futbol məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda Azərbaycandan da iki məşqçi - “Qəbələ” və “Qarabağ”ın baş məşqçiləri Roman Qriqorçuk və Qurban Qurbanovun da adı yer alıb.

Ötən cədvəldə 442-cü pillədə olan Qurban Qurbanov 8 pillə geriləyib. Bununla belə, aktivində 1361 xalı olan Qurbanov Lui van Qal, Manuel Pelleqrini və Rafael Benites kimi məşqçiləri qabaqlayıb.
Qriqorçuk isə 3 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 655-cidir.

Qeyd edək ki, sözügedən siyahının 1-ci pilləsində “Real”ın (İspaniya) baş məşqçisi Zinəddin Zidan yer alır. Luis Enrike (“Barselona”, İspaniya) 2-ci, Dieqo Simeone (“Atletiko”, İspaniya) isə 3-cüdür.