Kişi idman gimnastlarımız da uğur qazandı

Mayın 14-də Milli Gimnastika Arenasında IV İslam Həmrəyliyi Oyunlarının idman gimnastikası yarışlarında kişilərdən ibarət komandamız uğur qazanıb.

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, kişilər arasında komanda hesabına görə Türkiyə birinci, Azərbaycan ikinci, İran üçüncü yerdədir.

İdman gimnastikasında Azərbaycanı Murad Ağarzayev, Timur Bayramov, Talas Bence təmsil edirlər.