Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub.

Həndbol millimiz qalib oldu - İslamiadada növbəti qızıl

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında həndbol yarışlarına yekun vurulub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, qadın həndbolçuların final görüşündə Azərbaycan və Türkiyə komandaları qarşılaşıblar.

Bundan əvvəl qrupda türkiyəli rəqiblərini məğlub edən həndbolçularımız bu dəfə də üstün oyun nümayiş etdiriblər - 28:26.

Beləliklə, Azərbaycan yığması qızıl medala sahib çıxıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.