Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib. Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.

Qadın taekvandoçumuz qızıl medal qazandı

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında qadın taekvandoçumuz Eriş Yaprak final mərhələsində mübarizəsini davam etdirib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu görüşdə onun rəqibi Türkiyə təmsilçisi Altunel Durdane olub.

İdmançımız rəqibini 5:4 hesabı ilə məğlub edərək ölkəmizə növbəti qızıl medalı qazandırıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.