Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət voleybol yığması Tacikistanla qarşılaşıb. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət voleybol yığması Tacikistanla qarşılaşıb.

Qadın voleybolçularımız finala çıxdı

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadınlardan ibarət voleybol yığması Tacikistanla qarşılaşıb.

Trend-in məlumatına görə, millimiz hər üç setdə rəqib göz açmağa imkan verməyib - 3:0 (25:6, 25:10, 25:6).

Beləliklə, komandamız sabah keçiriləcək finalda qızıl medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

AzNews.az