“Bakı trassı Azərbaycan Qran Prisinə hazırdır” - Çarli Vaytinq

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi və “Formula1” yarışları üzrə direktoru Çarli Vaytinq Bakının Azərbaycan Qran Prisinə hazırığının yüksək səviyyədə olduğunu qeyd edir.

AzNews.az İnterfaksa istinadən xəbər verir ki, “Bakı və “Baku City Circuit” Azərbaycan Qran Prisinə tam hazırdır. Hazırlıq səviyyəsinin ötən illə müqayisədə daha yaxşı olmasını bildirmək mənə xoşdur”, - deyə Ç.Vaytinq bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Bakıda ikinci dəfə “Formula1” yarışlarının keçirilməsini səbirlziklə gözləyir. “Ötən il Baklı mərhələsi bizim üçün xoş sürpriz oldu. Əminəm ki, bu dəfə də hər şey əla keçəcək”, - deyə Ç.Vaytinq vurğulayıb.

Onun sözlərinə görə, bolidlərin texniki konfiqurasiyasının dəyişilməsi nəzərə alınaraq, pilotların təhlükəsizliyinin təminatına dair əlavə tədbirlər görülüb. “Bolidlərinin həcminin 20 sm artırılması ilə əlaqədar 5 və ya 6 döngədə pilotların təhlükəsizliyinin təminatı üzrə əlavə tədbirlər görülüb. Buna baxmayaraq, bolidlərin geniş olması ilə bağlı problem bizə məlumdur. Onlar 15 il öncə bu cür olub, sonradan həcmini azaltdılar, indi isə yenidən artırıblar. Bu bizə tanışdır, biz simulyasiya zamanı təhlükəsizlik səviyyəsini yoxladıq”, - deyə Ç.Vaytinq əlavə edib.

O bildirib ki, yarışlar zamanı döngədə bolidlərin sürəti artacaq, “lakin təhlükəsizlik qorunacaq”. “Trassda maneələrin quraşdırılması zamanı bolidlərin texniki qaydalarında baş verən dəyişikliklər nəzərə alınıb. Bu, yarışların daha da baxımlı olması məqsədilə həyata keçirilib və bu il keçirilən mərhələlər qarşıya qoyulan məqsədə çatdığımızı nümayiş etdi”, - deyə Ç.Vaytinq bəyan edib.

O qeyd edib ki, maşınların təkərlərinin enlənməsi səbəbindən ötən ilin rekord sürət göstəricilərinin təkrarlanmasını gözləməyə dəyməz.

23-25 iyun tarixlərində Bakıda “Formula1” Azərbaycan Qran Prisi keçiriləcək.