Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra stəkanı qırıb. Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra stəkanı qırıb.

Prosineçki əsəbiləşib stəkanı qırdı - Foto

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Şimali İrlandiya yığmasına evdə 0:1 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra stəkanı qırıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, hadisə mətbuat konfransında baş verib.

Xorvatiyalı mütəxəssis Türkiyə "Bursaspor"unun sükanı arxasına keçəcəyinə dair iddialara münasibət öyrənən jurnalistlərin davamlı suallarının cavabında "Mənim getməyimi istəyirsiniz?" deyərək, əlindəki stəkanı masanın üzərinə atıb. Nəticədə stəkan qırılıb.

Həmin görüntünü şimali irlandiyalı jurnalist Liam Blekbern şəxsi "Twitter" hesabından paylaşıb.