- Köhnə - İdman
- 23 İyun 2017 15:38
- 3 587
Çempionlar Liqasının oyunu azərbaycanlı hakimlərə həvalə olundu
Futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Norveç "Rusenborq"u ilə İrlandiya "Dandolk"u arasında keçiriləcək cavab görüşü azərbaycanlı hakimlər briqadasına həvalə olunub.
AzNews.az “Report”a istinadən xəbər verir ki, AFFA-nın məlumatına görə, qarşılaşmanın baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. Ona FIFA referi köməkçisi Zeynal Zeynalov və Rza Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
Qeyd edək ki, oyun iyulun 18-i və ya 19-da keçiriləcək.
AzNews.az