- Köhnə - İdman
- 24 İyun 2017 16:15
- 3 288
Pilotların üçüncü sərbəst yürüşü başa çatdı
2017 Formula 1 Azərbaycan Qran Prisində pilotların üçüncü sərbəst yürüşü başa çatdı.
AzNews.az xəbər verir ki, sonuncu sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valterri Bottas uğurlu nəticə göstərib. 1 dəqiqə 42.742 saniyəlik nəticə ilə birinci olub.
Kimi Raykkonen (“Ferrari”) ikinci, Luis Hemilton (“Mercedes”) isə üçüncüdür.
Bu sessiya Renault komandasının piloru Colion Palmer üçün uğursuz alındı. Britaniyalının maşını yarışın əvvəlində tüstülənməyə başladı.
Saat 17:00-dan etibarən isə sıramala turuna start veriləcək.
Fəridə Abdullayeva
AzNews.az