Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi. Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi.

2017 Formula 1 Azərbaycan Qran Prisinin qalibi məlum oldu - Fantastik yarış

Bu gün 2017 Formula 1 Azərbaycan Qran Prisinin final yarışı keçirildi.

AzNews.az xəbər verir ki, Red Bull pilotu Daniel Rikkardo qalib oldu.

Mersedes pilotu Valtteri Bottas ikinci, Williams pilotu Lens Stroll üçüncü oldu.

Qalibləri Azərbaycan prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva mükafatlandırdı.

Sürətli yarış maraqlı məqamlarla yadda qaldı.

23-cü dövrədə qırmızı bayraq qaldırıldı. Şəhər halqası təmizləndiyi vaxt, pilotlar pit yolunda gözləməyə başladılar.

Toro Rossonun pilotu Daniil Kvyat,Renault pilotu Colion Palmer, Red Bull pilotu Maks Ferstappen, Renault pilotu Niko Hülkenberq, Williams pilotu Felipe Massa yarışı vaxtından əvvəl dayandırdı.

Fasilə vaxtı Ferrari pilotu Kimi Raykonen,Force India pilotu Serxio Perezin bolidindəki problemlər aradan qaldırıldığı üçün, onlar yenidən yarışa qayıtdılar.

Yarış zamanı ən diqqətçəkən məqam isə Ferrari pilotu Sebastyan Fettellə Mercedes pilotu Luis Hamilton arasında yaşanan gərginlik oldu.

Belə ki, Hamilton təhlükəsizlik avtomobilinin çıxış dövrəsində bir qədər yavaşladığı üçün Fettel onunla toqquşdu. Əsəblərinə hakim ola bilməyən dördqat Dünya Çempionu Fettel bolidini Hamiltonun bolidinə çırpmışdı. Stüardlar bunu nəzərə alaraq, Fetteli 10 saniyə dayan və get cəzası verdilər. Fettelin cəzası bununla da bitmədi. Ona 3 cərimə balı verildi.

Fəridə Abdullayeva

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description