- Köhnə - İdman
- 30 İyun 2017 14:17
- 4 388
Taekvondoçumuz dünya çempionu oldu
Azərbaycanın taekvando üzrə yığma komandasının üzvü Milad Beigi Hərçəqani Koreya Respublikasında keçirilən dünya çempionatının qalibi olub.
AzNews.az xəbər verir ki, yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz M.Hərçəqani final qarşılaşmasında rusiyalı rəqibi, 2013-cü il dünya çempionatının bürünc medalçısı Anton Kotkovu 21:3 hesabı ilə məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu gün, həmçinin komandamızın digər üzvü Məhəmməd Məmmədov (63 kq) dünya çempionatının bürünc medalını qazanıb.