İyirmi bir yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı yekunlaşıb. İyirmi bir yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı yekunlaşıb.

Almaniya Avropa çempionu oldu - Foto

İyirmi bir yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatı yekunlaşıb.

AzNews.az “AZƏRTAC”a istinadən xəbər verir ki, Polşada təşkil olunan çempionatın finalında Almaniya və İspaniya yığmaları qarşılaşıblar.

Oyunda Almaniya komandası minimal üstünlüklə qalib gəlib – 1:0. Almanların heyətində Mitçell Veyzer 40-cı dəqiqədə fərqlənib.

Çempionatın ən yaxşı bombardiri adına 5 qolla “Atletiko Madrid” klubunun da şərəfini qoruyan ispaniyalı gənc futbolçu Saul Niqes layiq görülüb.

Qeyd edək ki, bu, Almaniyanın U-21 yığması səviyyəsində ikinci qitə çempionluğudur. U-21-lərin Avropa birinciliyində ən çox çempion adına İtaliya millisi yiyələnib (5 dəfə). Həlledici qarşılaşmada məğlub olan İspaniya isə dörd dəfə Avropa çempionatının qalibi olub.

AzNews.az