Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov ciddi zədə alıb. Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov ciddi zədə alıb.

Millimizin üzvü ciddi zədə alıb

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarov ciddi zədə alıb.

AzNews.az Qol.az-a istinadən xəbər verir ki, bu haqda futbolçumuzun çıxış etdiyi Almaniyanın “Ersgebirge Aue” klubunun rəsmi Tvitter səhifəsi məlumat yayıb. O, bu səbəbdən komandasının Avstriyadakı təlim-məşq toplanışını yarımçıq başa vurub və düşərgəni tərk edib.

Futbolçunun sol ayağında problem olduğu və ehtyac olacağı təqdirdə əməliyyat ediləcəyi bildirilib.

“Ersgebirge” klubu “Tvitter”də “Tez sağal, Dmitri” sözlərini də paylaşıb.

Nazarovun konkret hansı müddətə yaşıl meydandan uzaq qalacağı haqda məlumat verilməyib.