Formula 1 yarışlarında ən sürətli olmaq uğrunda mübarizə aparan pilotlar bu maraqlı, adrenalin dolu, bir o qədər də təhlükəli idman növü ilə lap uşaqlıqdan məşğul olmağa başlayıblar. Formula 1 yarışlarında ən sürətli olmaq uğrunda mübarizə aparan pilotlar bu maraqlı, adrenalin dolu, bir o qədər də təhlükəli idman növü ilə lap uşaqlıqdan məşğul olmağa başlayıblar.

Məşhur Formula 1 pilotlarının uşaqlıq şəkilləri - Fotolar

Formula 1 yarışlarında ən sürətli olmaq uğrunda mübarizə aparan pilotlar bu maraqlı, adrenalin dolu, bir o qədər də təhlükəli idman növü ilə lap uşaqlıqdan məşğul olmağa başlayıblar.

AzNews.az onların uşaqlıq fotolarını sizə təqdim edir:

"Ferrari" komandasının pilotu, 4 qat dünya çempionu Sebastyan Fettel uşaqlıqda müğənni olmaq istəyib. 3 yaşında isə həvəskar kartinglə məşğul olmağa başlayıb. İlk ciddi yarışına isə 8 yaşında çıxıb.

7 qat dünya çempionu Mixael Şumaxerin atası Rolf mexanik idi və yerli karting trasını idarə edirdi. Təəccüblü deyil ki, Mixael ilk dəfə sükan arxasına 4 yaşında əyləşib. İlk qalibiyyətini isə 5 yaşında qazanmışdı.

İkiqat dünya çempionu, hazırda "Mclaren" komandasında çıxış edən Fernando Alonsonun atası həvəskar kartinglə məşğul olub. O, 8 yaşlı qızı Loren üçün yarış halqası düzəldib. Lakin, Loreni maşınlar bir o qədər də maraqlandırmırdı. Fernando isə artıq 3 yaşında sürət həvəskarı olduğuna atasını inandıra bilmişdi.

Hazırda cərgədə ən yaşlı sürücü olan "Ferrari" pilotu Kimi Raykkonen ilk qələbəsini 10 yaşında qazanıb.

Braziliyalı Felipe Massa ilk dəfə 10 yaşında sükan arxasında oturub. Onun oğlu Felipinyo da atasının yolunu davam etdirməyi arzulayır.

Bu fotoda centlmenlərlə əhatələnmiş kiçik Deymon Hill lap körpə yaşında Formula 1 çempionu olmağı arzulayırdı.

6 yaşında etibarən sükan arxasına əyləşən 3 qat dünya çempionu olan Britaniyalı sürücü Luis Hamilton artıq 8 yaşında yerli turnirlərə qatılırdı.

Bakı Qran Prisinin qalibi Niko Rosberq atasının yolunu davam etdirərək, 6 yaşından etibarən hamıdan sürətli olmağa çalışıb.

Censon Battona 8 yaşında ilk kartını hədiyyə etmişdilər. Cəmi bir neçə il sonra o, yerli çempionatdakı bütün yarışların qalibi olmuşdu.

"Red Bull" pilotu Maks Ferstappenin az qala bütün ailə üzvləri avtosportla məşğul olub. Atası Yos 1994-2003-cü illərdə F1 pilotu olub, anası Sofi gənc ikən karting yarışlarında, dayısı və babası isə GT yarışlarında iştirak edib. Maks isə ilk titulunu 9 yaşında qazanıb.

Azərbaycan Qran Prisinin qalibi, Maks Ferstappenin komanda yoldaşı Daniel Rikkardo öz mükəmməl gülüşü ilə azarkeşləri 9 yaşından sevindirməyə başlayıb.

Əfsanəvi Formula 1 pilotu Ayrton Senna Braziliyada varlı atası sayəsində artıq 4 yaşından etibarən kartinglə məşğul olmağa başlayıb.

AzNews.az