“Bizi ciddi rəqib gözləyir. Matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək ”. “Bizi ciddi rəqib gözləyir. Matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək ”.

Rəşad Sadıqovun sonuncu matçı olacaq - Millidən gedir

“Bizi ciddi rəqib gözləyir. Matça yaxşı hazırlaşmışıq. Sonuncu ev matçımızdır. Əlimizdən gələni edəcəyik ki, bütün azarkeşlərimizi və futbol ictimaiyyətimizi yaxşı nəticə ilə sevindirək ”.

Apasport.az saytı xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov deyib. Millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sonuncu ev oyununu sabah Çexiyaya qarşı keçirəcək.

Bu görüş Sadıqovun yığmanın heyətində keçirəcəyi sonuncu matç olacaq.

“Bu haqda çox danışmaq olar. Sadəcə, sabah bizi oyun gözləyir. Fikrimin dağılmasını istəmirəm. Komanda şəklində matça köklənmişəm. Birinci gündən əlimdən gələni etmişəm. Nə qədər yaxşı və ya pis alındığına azarkeşlər, futbol ictimaiyyəti qərar verə bilər. Fikrimcə, bu haqda matçdan sonra danışmağa vaxtımız olacaq. Asan qərar deyil. Milli həmişə döyünən ürəyim olub. Amma hər şeyin sonu olur. Əsas odu ki, son vaxtında olsun. Mən də düşünürəm ki, artıq millidən getməyimin vaxtıdır”, deyə R.Sadıqov bildirib.

AzNews.az